Yuxarı

Bakı təkcə neft satmır: daha bir qazanc yeri… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Bu bir faktdır ki, neft heç vaxt sabitliyin və firavanlığın qarantı ola bilməyib.

Bu sözləri Axar.az-a rusiyalı tanınmış politoloq, tarixçi Oleq Kuznetsov neftin qiymətinin kəskin ucuzlaşması fonunda karbohidrogen xammal ixracından asılı olan ölkələrin aqibətini şərh edərkən deyib.

Politoloq bildirib ki, bu həqiqəti Rusiyada, Azərbaycanda, Səudiyyə Ərəbistanında yaxşı, İranda, İraqda, Venesuelada və Suriyada - ikiqat yaxşı başa düşürlər:

“Beləliklə, bu gün qarşılaşdığımız problem bir çox ölkə üçün xüsusi aktuallıq kəsb edir. Onu da deyim ki, Rusiya və Azərbaycana bu məsələ digər neft istehsal edən ölkələrə nisbətən daha az təsir edəcək. Fakt budur ki, neftin qiymətlərindən zərər çəkən büdcələrimiz dünya bazarında təbii qaza olan tələbatın artması və qazın qiymətlərinin sabit səviyyəsi ilə bərpa olunur. Sadə dillə desək, bizim qazımız da var. Bunu böyük “neft oyununda” kozır da adlandırmaq olar”.

Kuznetsovun sözlərinə görə, Rusiya və Azərbaycan karbohidrogen ixracını şaxələndirib və bu, onların iqtisadiyyatlarına yalnız neft ixracı ilə ixtisaslaşan ölkələrə nisbətdə daha çox sabitlik gətirir:

“Buna görə Moskva və Bakı üçün neftin qiymətinin kəskin düşməsinin nəticələri Ər-Riyad, Tehran, Bağdad və ya Dəməşqdən qat-qat az ağrılı olacaq. Bu baxımdan, digər OPEK ölkələri ilə müqayisədə ölkələrimiz kartel anlaşmasının pis nəticələrindən daha çox mühafizə olunub və şübhəsiz ki, bunu hamı yaxşı anlayır”.

Rusiyalı politoloq Azərbaycan və Rusiya büdcələrinin itkilərlə üzləşəcəyini də vurğulayıb:

“Şübhəsiz ki, itkilərimiz olacaq. Amma bu, heç də bizim ölkələrimiz üçün qlobal problemə çevrilməyəcək. Düşünmürəm ki, neftin qiymətində izlədiyimiz böhran əhalinin rifahına və kiçik və orta sahibkarlığın pandemiyadan sonra tez bərpa olunma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək. Böhrandan dərhal sonra şiddətli rəqabətdən müvəqqəti azad olan durumu daha “təmiz” bazar əvəz edəcək. Əvvəlki iş səviyyəsi ölkələrimizdə karantindən ən azı bir neçə ay sonra tam olaraq bərpa olunacaq. Bu proses digər ölkələrdən fərqli olaraq Azərbaycanda daha asan baş tutacaq. Bu onunla izah olunur ki, Azərbaycan hakimiyyəti nəyi necə etməli olduğunu yaxşı başa düşür. Bakı karantindən sonrakı dövrə indidən hazırlaşır”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Azərbaycanda kiçik və orta sahibkarlığa artıq kompensasiya ödənilir və yaxın gələcəkdə, karantin bitdikdən sonra güclü startı təmin etmək üçün dövlət subsidiyaları da elan ediləcəkdir:

“Bu şəraitdə dövlət dəstəyinin rolu çox vacibdir. Azərbaycan rəhbərliyi bunu başa düşür. Əhaliyə ünvanlı dəstək olmadan böhranın nəticələrini tez aradan qaldırmaq mümkün olmayacaq. Buna görə də pandemiya kontekstində olduğu kimi, Bakı bu dəfə də sosial yönümlü olduğunu bir daha sübut edəcəkdir”.

Tarix
2020.04.22 / 12:01
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla