Yuxarı

Azərbaycanda kazinolar açıla bilərmi? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda kazinolar açıla bilərmi? - Video

08:45

Azərbaycanı ofşor ölkəyə çevirməklə bağlı təklifə həssaslıqla yanaşmağın tərəfdarıyam. Ofşor - azad iqtisadi zonanın ifrat dərəcəsidir. Bizdə isə ölkə başçısının təşəbbüsü ilə Ələtdə azad iqtisadi zona yaradılıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanın ofşor ölkəyə çevrilməsi ilə bağlı ictimai maraq doğuran təklifinə münasibət bildirərkən deyib. O bildirib ki, Qüdrət Həsənquliyevin təklifləri özlüyündə çox böyük islahatlar kompleksini əhatə edir:

“Qüdrət bəyin qeyd etdiyi kimi, bu gün ölkəyə xarici investisiyanın cəlb edilməsinə ehtiyac var. Bu faktdır, xüsusən də pandemiyadan sonra biz bunu hiss edəcəyik. Lakin burada əsas məsələ hansı sahələrə investisiya cəlb edilməsidir. Bu gün xarici investisiyanın ehtiyac duyulduğu əsas sahələr texnologiya, elm sahələridir”.

Q.Hüseynli bildirib ki, Ukrayna ilə Azərbaycanı bərabərləşdirmək mümkün deyil:

“Qüdrət bəyin fikrinin əsas istinad mənbəyi Saakaşvilinin “Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir” fikridir. Mən bu fikirlə razı deyiləm. Saakaşvili hər nə qədər ağıllı siyasətçi olsa da, onun Ukrayna kimi böyük bir ölkəni ofşor zonaya çevirmək ideyası inandırıcı görünmür. Birincisi, Ukrayna buna uyğun bir ölkə deyil. Çünki bu gün faktiki olaraq ölkə daxilində siyasi sabitlik yoxdur. İkincisi, Azərbaycanla Ukraynanın fərqli cəhətləri çoxdur: istər ərazi, istərsə də əhali və xalqın milli xüsusiyyətləri baxımından... Üçüncüsü, ofşor zona daha çox kiçik ölkələrə fayda verir. Bu, həm də onu deməyə imkan verir ki, bir ölkəni bütövlükdə deyil, ölkənin bir neçə şəhərini, vilayətini ofşor zona etmək olar. Misal üçün, Ukraynada Odessa vilayətində və ya başqa bir şəhərində bu üsulu tətbiq etmək olar. Azərbaycana gəldikdə isə Xəzər sahili şəhər və qəsəbələr buna uyğundur. Ələt qəsəbəsi bunun ən bariz nümunəsidir”.

Q.Hüseynli kazinoların açılmasına qarşı olduğunu bildirib:

“Kazinoların ölkəmizdə fəaliyyətinin əleyhinəyəm. Qanunlarımızda da kazino fəaliyyəti qadağandır. Bu, iqtisadi cəhətdən faydalı görünsə də, fəsadları çoxdur. Digər tərəfdən istər dini nöqteyi-nəzərdən, istərsə də mədəni-əxlaqi baxımdan kazinoların açılmasını doğru saymıram”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi" qəzetinə müsahibəsində Azərbaycanın ofşor ölkəyə çevrilməsi, həmçinin regionlarda kazinoların fəaliyyətə başlaması təklifi ilə çıxış edib.

Tarix
2020.05.06 / 11:42
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla