Yuxarı

Qarabağ veteranlarından Prezidentə: Çağırışa qoşuluruq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ veteranlarından Prezidentə: Çağırışa qoşuluruq...

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Axar.az Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon ərazi təşkilatının sədri Azər Quliyevin məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident!

Bütün dünya üçün qorxulu fəsadlara yol açan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda dövlətimiz Azərbaycan Sizin uzaqgörən siyasəti sayəsində xalqımıza bu bəladan minimum ziyan dəydi. Epidemiyanın üzə çıxdığı ilk gündən etibarən zəruri olan bütün tədbirlərin görülməsi məhz sizin düzgün siyasətiniz nəticəsində mümkün oldu. Vətəndaşların sağlamlığının qayğısına qalan Prezident olaraq, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və digər tədbirlər Sizin yüksək liderlik, təşkilatçılıq qabiliyyətinizin nəticəsidir.

Qeyd edim ki, bütün dünyanı bürüyən pandemiya şəraitində hər bir vətəndaşımızın sağlamlığı üçün Sizin qabaqlayıcı tədbirlərinizin, imzaladığınız sərəncamların, qəbul etdiyiniz qərarların, həmçinin həkimlərimizin, polislərimizin qayğısı və xidmətləri əvəzsizdir. Buna görə Sizə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon ərazi təşkilatının üzvləri adından minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bu pandemiya ilə mübarizədən üzüağ çıxacağımıza inanıram. Sizin çağırışınıza qoşularaq deyirik ki, biz birlikdə güclüyük.

Tarix
2020.05.06 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla