Yuxarı

Nikol SS-çi babasının fotosunu qəsdən yayıb... - Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol SS-çi babasının fotosunu qəsdən yayıb... - Mixaylov

Nikol Paşinyan ölkə lideri kimi bağışlanmaz səhv etdi. Tabeliyində olan xüsusi xidmət orqanlarının köməkliyi ilə o, əcdadlarının tarixini incələyə, babasının nasistlərin düşərgəsində vuruşmasını öyrənə bilərdi. Amma Ermənistan lideri babasının fotoşəkilini sosial şəbəkələrdə məhz Qələbə günündə paylaşdı – guya onun da əcdadları “nasistlərə qarşı” vuruşub.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı tədqiqatçı, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

“Maraqlıdır ki, Paşinyanın əcdadının tərcümeyi-halında ilk uyğunsuzluqlar erməni KİV-i tərəfindən aşkarlandı və sonradan bu informasiya digərləri tərəfindən tirajlanmağa başladı. Baba Paşinyan haqqında məlumatlar Qərbin SSRİ-nin Böyük Vətən Müharibəsindəki qələbədə payını azaltmaq təbliğatına uyğundur. Yəni onun babası bəlkə də qəhrəmandır, amma Bandera, Şuxeviç, Qaregin Njde, Dro və bu kimi digər ideologiyası nasizm olan, Böyük Vətən Müharibəsində onmilyonlarla insanı qıran SS-çilərin sırasında vuruşanlar üçün”, - deyə müsahibimiz bildirib.

O qeyd edib ki, Paşinyanın babasının kim olduğunu bilə-bilə Qələbə günü onun şəklini qəsdən paylaşması da istisna olunmamalıdır. Bununla o daşnakları, respublikaçıları və nasizm idealogiyalı erməniləri sevindirib.

Xatırladaq ki, Böyük Qələbənin 75 illiyi ərəfəsində Qareqin Njdeyə rəsmi olaraq Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan havadarlıq edib. O, Qələbə gününə həsr olunmuş parlamentin onlayn konfransında bildirib ki, onun hökuməti və Paşinyan rejimi üçün Qaregin Njde qəhrəmandır. Həmçinin, Nikol Paşinyan özü də çıxışlarında dəfələrlə Njdeni tərifləyib. Bu son informasiyalardan sonra Ermənistan Respublikasının hazırkı hakimiyyətinin nasist cinayətkarlara bu qədər məhəbbətinin təsadüfi olmadığı üzə çıxır. Məlum olur ki, Nikol Paşinyan (hazırkı baş nazirin babası) 1943-cü ildə Nasist Almaniyası sıralarında, daha dəqiq desək, SS-in legionunda Qaregin Njde ilə çiyin-çiyinə döyüşüb. Onda Ermənistanın hazırkı Baş nazirinin babası nasist kollaborasionist ola bilərmi?

Nikol Paşinyanın özünün tərcümeyi-halını nəzərə alsaq, cavab bəlli olur.

Tarix
2020.05.14 / 09:00
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla