Yuxarı

Prezidentin məqsədi bu sistemə keçməkdir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin məqsədi bu sistemə keçməkdir - Ekspert

Distant təhsilə keçidi pandemiya ilə əlaqələndirmək doğru olmaz, çünki bu, yeni dövrün təhsil formasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov Azərbaycan Prezidenti İlham Əliyevin “Maykrosoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Maykrosoft” şirkətinin digər nümayəndələri ilə keçirdiyi videokonfrans haqda danışarkən deyib. Ekspert bildirib ki, ölkə başçısı mövcud vəziyyəti nəzərə alır və ölkəmizin təhsildə geri qalmasını istəmir:

“Pandemiya dövründə karantin rejiminin tələblərinə riayət etmək hər bir vətəndaşın borcudur. Məsələ ilə bağlı ölkə başçısı da ard-arda işlər görməkdədir. Məhz bu işlərin başında təhsil sistemində tətbiq edilən yeniliklər dayanır. Sözügedən videokonfrans da buna xidmət edir. Bu görüş özlüyündə pandemiya dövründə təhsil prosesinin səngiməməsi üçün distant təhsilə keçidi ehtiva edir. Distant təhsil formasının tətbiqinə bizdə yeni-yeni başlanılıb. Ölkəmiz pandemiyadan sonra bu sistemə keçməyi planlaşdırır. Təəssüf ki, hazırda ölkəmiz bu sahədə lazımi təcrübələrə və avadanlıqlara sahib deyil. Cənab Prezident bu məsələ ilə bağlı ayrı-ayrı şirkət rəhbərləri, qurumlarla birbaşa danışıqlara başlayıb. “Maykrosoft” şirkəti də məhz onlardan biridir”.

Təhsil ocaqlarının nə zaman fəalliyyətə başlayacağı haqda danışan ekspert bildirib ki, bu, pandemiyanın gedişi və Operativ Qərargahın müvafiq qərarı əsasında müəyyənləşəcək.

Tarix
2020.06.18 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla