Yuxarı

“Bu səhv Gülənin sonu ola bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu səhv Gülənin sonu ola bilər”

"Gülən hərəkatı və medaisı uydurma erməni soyqırımına dəstək verərsə, bu, sadəcə onların sonunu gətirəcək".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu son günlər "Zaman" qəzetində sözügedən qurumun ermənilərə və onaların qondarma soyqırımına dəstək xarakterli yazıların yer almasına münasibət bildirərkən deyib. O, "camaat"ın hazırda belə bir yola qoyulmasının arxasında əslində başqa məqsədlərin dayandığını bildirib:

"Gülən hərəkatı Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla toqquşsa da, "erməni soyqrımının" tanınması məsələsinə dəstək verdiyini və ya verəcəyini zənn etmirəm. Çünki bu halda Türkiyə cəmiyyətində olan-qalan dəstəyini də itirər. Gülən hərəkatının hazırda əsas məqsədi Türkiyədə iyunda keçiriləcək parlament seçkisində özünə yaxın bir blokun və ya qrupun formalaşmasıdır. Gülən hakim Ədalət və İnkişaf Partiyasını parçalamağa çalışır. Onların hazırkı situasiyada əsas planları bundan ibarətdir. Əks təqdirdə nəinki ermənilərə dəstək vermək, belə bir kompaniyanı ağıllarından belə keçirtmələri onların fəlakətli sonunu gətirə bilər. Onlar da bunun çox yaxşı fəqrindədirlər".

Xatırladaq ki, Gülənə məxsus "Zaman" qəzetinin əcnəbi yazarı Joost Lagendijk öz yazısında Türkiyə hökumətinin Çanaqqala savaşının 100 illiyi tədbirlərinin keçirilməsi haqda qərarını pisləmiş, artıq qaçacaq yer qalmadığını və 24 apreldə dünyanın dörd bir yanında insanların "erməni soyqırımı"nı xatırlayacağını bildirmişdi.

Tarix
2015.03.30 / 09:20
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

İlham Əliyev Trampın hədiyyəsini Orra göstərdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla