"Ermənilər tərəfindən
törədilən 31 mart soyqırımı siyasətinin əsas məqsədi
azərbaycanlıları əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin
və ideloloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini bu
ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin
xəritələrində 114 min kv km olan Azərbaycan torpaqları, erməni
işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kv
km-ə qədər azalıb".
Report-un məlumatına görə, bu barədə Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür
Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr,
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və
Azərbaycandakı Avropa Yəhudiləri icmasının sədri Gennadi
Zelmanoviçin ermənilər tərəfindən törədilən 31 mart soyqırımı ilə
bağlı dünya dini lidelərinə, parlamentlərə və beynəlxalq
təşkilatlara ünvanladığı müraciətdə vurğulanıb.
Sənəd müəlifləri qeyd edib ki, 200 ildən artıqdır erməni
millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı ardıcıl soyqırım
və təcavüz siaysəti aparılır.
"Qarabağ və ətraf rayonların son işğalından sonra ərazilərimizin
20 faizi zəbt olunub. Azərbaycan torpaqları ikiyə bölünüb.
1905-1918-ci illərdə ermənilər tərəfindən Bakıda, Naxçıvanda,
Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara
qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə
yetirilib. Tarixi mədəniyyət abidələri və məscidlər dağıdılıb.
Azərbaycanın Zəngəzur bölgəsi heç bir əsası olmadan Ermənistan kimi
yaradılmış dövlətə verildi. Dağlıq Qarabağda muxtariyyət yaradıldı.
1948-53-cü illərdə Ermənistan kimi yaradılan dövlətin ərazisindəki
azərbaycanlılar öz ata-baba yurdlarından zorla kütləvi halda
qovuldular. Nəticədə indiki Ermənistan respublikası yaradıldı.
80-ci illərin sonunda isə Azərbaycan xalqının görgəmli dövlət
xadimi SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra yenidən 250
mindən artıq azərbaycanlı Ermənistandakı doğma yurdlarından
didərgin salındılar. Azərbaycanın yenidən 20 faiz ərazisi ermənilər
tərəfindən işğal olundu. İşğal olunmuş ərazilərdə vandalizm həyata
keçirildi. Azərbaycanın görkəmli xadimi Heydər Əliyev ikinci dəfə
Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu faciələr
barədə dünya ictimaiyyətinə çatdırıldı. 31 mart soyqırımı onun
1998-ci ildə imzaladığı fərmanla rəsmi soyqırım günü kimi qeyd
olunmağa başladı. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal
olunmuş torpaqları ilə bağlı 4 qətnamə qəbul etdi, hansı ki o
qətnamələrə Ermənistan hələ də məhəl qoymur. Biz dini ictimaiyyət
müraciət edərək sizierməni içğalçılarının Azərbaycan xalqına qarşı
törətdiyi soyqırım cinayətlərinə siyasi – hüquqi qiymət verməyə
çağırırıq. Qoy Uca Yaradan hamımıza dorunu yanlışdan seçməkdə və
ədalətli olmaqda yardımçı olsun! AMİN!", - müraciətdə
bildirilib.