Yuxarı

Rusiya Baltikdə gizli sualtı baza yaradıb - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Baltikdə gizli sualtı baza yaradıb - İddia

Rusiyanın Baltik dənizində 1994-cü ildə batan “Estoniya” bərəsinin yaxınlığında gizli sualtı baza qurduğu iddia olunur. Məqsədin NATO ölkələrinin dəniz qüvvələrinin fəaliyyətini izləmək olduğu bildirilir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə WDR, NDR və "Süddeutsche Zeitung" nəşrlərinin birgə araşdırmasında qeyd olunur.

Araşdırmaya əsasən, Rusiya kəşfiyyat xidmətləri hadisə yerində sualtı cihazlar yerləşdirib. Bu qurğular sualtı dronları və robotları idarə etməyə, həmçinin NATO gəmilərinin və sualtı qayıqlarının səs siqnallarını toplamağa imkan verir.

Məlumata görə, bu fəaliyyətlərə Rusiyanın Dərin Sular üzrə Baş İdarəsi rəhbərlik edir. İdarə Müdafiə Nazirliyinə tabe olan gizli bölmədir və onun ixtiyarında xüsusi təyinatlı gəmilər, mini-sualtı qayıqlar və dronlar var.

Hesabatda o da qeyd olunur ki, Rusiya illərdir sualtı izləmə texnologiyalarını Qərb şirkətlərindən vasitəçilər vasitəsilə alır, bu şirkətlərin bir qismi Kiprdə qeydiyyatdan keçib.

Qeyd edək ki, “Estoniya” bərəsi 1994-cü ildə Tallindən Stokholma gedərkən fırtına nəticəsində batıb. Qəza zamanı 852 nəfər həlak olub, hadisədən sonra Finlandiya, Estoniya və Almaniya ərazidə araşdırma aparmağa qadağa qoyub.

Tarix
2025.10.26 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla