Yuxarı

Rus muzdluları Sidr limanını niyə ələ keçirdi? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus muzdluları Sidr limanını niyə ələ keçirdi? - Video

09:07

Rusiya Liviyada maraqlarının təhlükəyə düşəcəyini düşünür. Məhz bu səbəbdən də Liviyada fəaliyyət göstərən qeyri-müəyyən qruplaşmaların, eləcə də “Vaqner” silahlılarının aktivləşməsinə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu “Vaqner” silahlılarının Liviyada Sidr neft limanını ələ keçirməsini şərh edərkən deyib.

O bildirib ki, rəsmi Moskva ABŞ-ın son günlər Liviyada aktivləşməsindən narahatlıq keçirir:

“Vaqner” silahlılarının Liviyada Sidr neft limanını ələ keçirməsi heç də təsadüfi deyil. Ümumilikdə qeyd etdiyim silahlı birləşmə Rusiyanın muzdlu silahlılarıdır. Yəni istənilən halda hansı ölkəyə xidmət edirlərsə-etsinlər, yenə də rəsmi Moskvanın maraqları daha ön plandadır. Nəzərə alsaq ki, son günlər ABŞ Haftar rejiminə sözlü, lakin bir o qədər də sərt ritorikalar ünvanlayır, bu, Rusiyanı narahat edir. Çünki mümkün ABŞ müdaxiləsi rəsmi Moskvanın Liviyadakı maraqlarına qətiyyən uyğun deyil”.

Ekspertin sözlərinə görə, ABŞ Liviyada çoxlarını yanıltdı:

“Liviyada son bir neçə ayda baş verən siyasi proseslərə nəzər salsaq, görə bilərik ki, sanki ABŞ kənarda qalıb, hətta bu ölkənin regionda maraqları yoxdur. Lakin bununla elə artıq son günlər ABŞ da aktivliyini göstərməyə başlayıb. Xüsusilə də rəsmi Vaşinqtonun Haftarı danışıqlar masasına dəvət etməsi, hətta bu yöndə sərt bəyanatlar səsləndirməsi ABŞ-ın Liviyadan əlini çəkmədiyinə dəlalət edir. Düşünürəm, məhz “Vaqner” silahlıları bu səbəbdən Liviyada Sidr neft limanını ələ keçirib”.

Tarix
2020.07.07 / 10:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla