Yuxarı

Nazirlik monitorinq keçirdi: 224 obyektdə pozuntu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik monitorinq keçirdi: 224 obyektdə pozuntu...

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 6-da monitorinqlər apardığı 528 obyektin 224-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, İqtisadiyyat Nazirliyinin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıblar və tələblərin pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyunun 4-6-da 830-dək təsərrüfat subyektində aparılmış monitorinqlər zamanı bu obyektlərin 230-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 7-dək monitorinq aparılmış 11 min 819 sahibkarlıq subyektindən 5560-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Tarix
2020.07.08 / 01:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

ABŞ və İsrail məğlub olana qədər davam edəcəyik - İran

Azərbaycan vasitəsilə ölkəni tərk edin - Rusiya

Səfirlik Azərbaycandakı İran vətəndaşlarına müraciət etdi

Bu, gələcək nəsillərə ünvanlanan tarixi mesajdır - Deputat

İsrail İranı, İran qonşularını, Pakistan isə... - Nələr olur?

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla