Yuxarı

Prezident bu insanlara ciddi xəbərdarlıq etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bu insanlara ciddi xəbərdarlıq etdi

Ölkə başçısı modul tipli xəstəxanaların açılışı ilə virusa yoluxan vətəndaşlarımızın tez bir zamanda sağalmasına çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalların açılışında iştirakı zamanı çıxışını şərh edərkən deyib. O bildirib ki, pandemiya dövrü ölkəmizdə bir sıra zəif cəhətləri üzə çıxardı:

“Xüsusilə səhiyyəmizin belə forsmajor hallara tam hazır olmadığını göstərdi. Lakin eyni zamanda mövcud vəziyyətə tez bir zamanda uyğunlaşmaq və qısa zamanda milli və xarici imkanlarla qabaqlayıcı tədbirlərin görülməsi potensialımızın olduğunu da göstərdi. Xüsusilə ölkə başçısının qısa zamanda həm mövcud pandemiyadan zərər çəkən vətəndaşların tez bir zamanda sağalması, həm də pandemiyadan sonra səhiyyəmizə geniş imkanlar yaradacaq modul tipli hospitalların açılmasında göstərdiyi qayğı və dəstək bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ölkə ərazisində 10 modul tipli xəstəxana kompleksi quraşdırılıb. Onlardan bir neçəsinin artıq açılışı olub. Ümumilikdə yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır”.

Deputat vurğulayıb ki, pandemiya dövrü ölkədə bir mübarizə ruhunun yaranmasına səbəb oldu:

“İnsanlar bir-birinə daha ehtiyatlı yanaşmağa, pandemiyadan qorunmaq üçün ölkə başçısıyla birlikdə mübarizə aparmağa başladı. Lakin düşünürəm, bununla belə bəzi insanların karantin rejiminin tələblərini nümayişkaranə pozması qəbuledilməzdir. Təsadüfi deyil ki, ölkə başçısı da modul tipli xəstəxananın açılışından sonra jurnalistlərə müsahibəsində bu mövzuya ətraflı yer verdi. Ölkə başçısı bu həssas dövrdə özünü qanundan üstün görən bəzi insanlara ciddi xəbərdarlıq etdi. Bildirdi ki, qanunlar və karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar hər kəs üçün əsas olmalıdır. Bundan sonra da bu istiqamətdə addımlar atılacaq”.

Tarix
2020.07.08 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla