Yuxarı

Ziyalılar müraciət etdi: Komissiya yaradıldı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyəti aralarında akademik, millət vəkili, yüzdən artıq alim olmaqla 800-ə yaxın ziyalının Bakının əcnəbi dillərin ”işğalından” azad edilməsi ilə bağlı müraciətinə cavab yazıb.

Axar.az xəbər verir ki, BŞİH-in məktubunda qeyd olunub:

"Sizin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununa riayət edilməsi barədə müraciətinizə baxılıb.

Öncə qeyd etmək istərdik ki, müraciətinizdə qaldırılan məsələ tərəfimizdən yüksək qiymətləndirilir və təqdirəlayiq hesab edilir.

Müraciətinizdə qaldırdığınız məsələnin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradılıb.

Komissiya tərəfindən Bakının küçə və prospektlərində mövcud Qanunun tələblərinin pozulmasının aşkar olunması, məsələnin mahiyyəti üzrə araşdırılması və monitorinqlərin aparılması istiqamətində yoxlamalara başlanılıb.

Həmçinin qeyd etmək istərdik ki, qaldırılan məsələ bilavasitə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nəzarəti və səlahiyyətləri daxilindədir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Reklam Agentliyinə rəsmi müraciət edilmişdir”.

Qeyd edək ki, iyun ayının ikinci yarısından etibarən “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) təşəbbüsü ilə Bakıda ticarət və xidmət obyektlərində dövlət dilindən düzgün istifadə edilməməsi, əcnəbi dillərin Azərbaycan dilini sıxışdırmasına etiraz əlaməti olaraq ölkənin tanınmış ziyalılarından imzalar toplanaraq müvafiq orqanlara və vəzifəli şəxslərə müraciətlər ünvanlanıb. İlk müraciət Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə edilib. Bundan sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova müraciət göndərilib. İlk reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən gəlib. BŞİH nümayəndəsi FADMM-in sədri Vasif Sadıqlıya zəng edərək bildiirb ki, müraciət icra başçısı cənab Eldar Əzizovun tapşırığı ilə meriyanın kollegiya iclasında müzakirə edilib və mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.

İyul ayının 3-də müraciətlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində tanınmış ziyalılarla görüş keçirilib. Görüşdə AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, professor Qulu Məhərrəmli, FADMM-in sədri Vasif Sadıqlı, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru dosent Nuridə Novruzova, hüquqşünas Səməd Vəkilov iştirak edib.

Görüşün sonunda qərara alınıb ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün ilk addımlar atmaq məqsədilə yeni layihələr hazırlansın.

Tarix
2020.07.08 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla