Yuxarı

BMT-də Əliyevin təşəbbüsü ilə müzakirələr başlanır - Lavrov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-də Əliyevin təşəbbüsü ilə müzakirələr başlanır - Lavrov

Qoşulmama Hərəkatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-də müzakirəsi iyulun 10-da başlanır, hərçənd xüsusi sessiyanın keçirilməsi müddəti hələ müəyyən edilməyib.

Axar.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bunu “Primakov qiraətləri” beynəlxalq elmi-praktiki forumda TASS agentliyinin sualına cavab olaraq bildirib.

Nazir deyib: “Əlbəttə, bilirik ki, Qoşulmama Hərəkatının, - bu Hərəkata bu il Azərbaycan başçılıq edir, - təşəbbüsü ilə Baş Assambleyanın COVID-19 mövzusuna həsr edilmiş xüsusi sessiyası çağırılacaq, lakin sessiya bir qədər sonra keçiriləcək. Bu gün, iyulun 10-da isə xüsusi sessiyanın çağırılmasında rəhbər götürüləcək qaydaların prosedur baxımından tərtibatı başlanır, çünki koronavirus infeksiyası şəraitində qeyri-adi distant formada çağırılan bütün tədbirlər təşkilati-prosedur məqamları baxımından razılaşdırılmalıdır. Ona görə də bu gün yalnız prosedur məqamları müzakirə ediləcək, xüsusi sessiyanın çağırılması tarixi isə hələ müəyyən edilməyib”.

S.Lavrov qeyd edib ki, BMT-də pandemiya ilə bağlı məsələlər üzərində işdə müəyyən nəticələr əldə edilib. Rusiyalı nazir vurğulayıb: “Mən düşünürəm ki, BMT-ni COVID-19 təhdidlərinə münasibət bildirmək baxımından gecikmiş, astagəl adlandırmağa əsasımız yoxdur. Baş Assambleya barədə danışmalı olsaq, o, artıq iki dəfə toplaşıb. Bu vəziyyətin ilkin mərhələsində koronavirusa qarşı mübarizə üzrə dünya birliyinin vəzifələrinə həsr edilmiş iki qətnamə qəbul edilib. Nəhayət, lap yaxın vaxtlarda Təhlükəsizlik Şurası COVID-19 barədə qətnamə qəbul edib. Biz bunu uzun müddət edə bilmirdik, çünki amerikalılar bu sənəddə Ümumdünya Səhiyyə Təşkilatının rolunun qeyd olunmasını qətiyyətlə istəmirdilər. Sonda həm bu rolu qeyd etməyə, həm də konsensusu təmin etməyə imkan verən sözlər tapıldı”.

Tarix
2020.07.10 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla