Yuxarı

Millət vəkilləri şəhid mayorun ailəsini ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz və Masallı seçicilərini Milli Məclisdə təmsil edən millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov, Anar İsgəndərov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova 14 iyulda Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzovun Masallı rayonu Ərkivan qəsəbəsindəki evini ziyarət edib.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva şəhid mayorun evini ziyarət etməyi, müqəddəs Qurban bayramı günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağı bir mənəvi borc kimi xarakterizə edib, bu ziyarətin şəxsən onunçün unudulmaz olacağını deyib.

“Mən hadisələrin ilk günlərindən Tovuzdaydım, şəhid olan hərbçilərimizlə, rəhmətlik Anarla da o həyəcanlı günlərdə tanış olmaq fürsətim oldu. Şəhid olan, yaralanan hərbçilərimizin hər birinin fədakarlığı, vətənpərvərliyi ən yeni dövr hərb tariximizin özünəməxsus səhifəsini təşkil edir.

Hadisələrin içində olan, yerli və beynəlxalq reaksiyalarla tanış ola bilmiş və nəhayət, Tovuzda doğulub-böyümüş bir bacınız olaraq, o günlərdə yaşananları, düşmənin məram-məqsədini və hərbçilərimizin Tovuzda nəyin uğrunda şəhid olduqlarını dərindən dərk edirəm. Biz ölkə olaraq, çox ciddi bir prosesdən keçdik, Ordumuz düşmənə layiqli cavab verdi və məqsədlərini puç etdi. Şəhidlərimizə minnətdarıq, ruhları kimi, onların ailələri, doğmaları da bizimçün həmişə əziz olacaq”, - Q.Paşayeva bildirib.

Millət vəkili Məşhur Məmmədov özünün də hadisələr vaxtı Tovuza getdiyini, Ordunun, yerli əhalinin ovqatı ilə tanış olduğunu və ordu-xalq, xalq-dövlət birliyinin sarsılmazlığına şəxsən şahidlik etdiyini deyib.

Millət vəkilli Anar İsgəndərov şəhidlərimizin fədakarlığının, qəhrəmanlığının tarixi ənənələrə əsaslandığını bildirərək, şəhidlərimizin döyüş yolunun öyrəniləcəyinə, yeniyetmə və gənclər tərəfindən örnək alınacağına inandığını deyib.

Əslən Masallıdan olan RHİM İB sədri Arzu Bağırova və şəhidin ailə üzvləri öz ürək sözlərini bölüşüb.

Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqətindədir və hər kəs də şəhid ailələrinə münasibətdə ali dövlət rəhbərliyinin münasibətini özünə örnək almalıdır.

Tarix
2020.08.02 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla