Yuxarı

ABŞ Rusiyanın bu layihəsini məhv edə biləcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyanın bu layihəsini məhv edə biləcəkmi?

Rusiya təbii qazın nəqlində Türkiyə bazarında da, Avropa bazarında da öz mövqelərini itirir. ABŞ Avropa bazarında rəqabət mühitini formalaşdıraraq Rusiya qazına olan asılılığı azaltmaqda davam edir.

Bu sözləri Axar.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban “Şimal axını-2” qaz boru kəmərinin tikintisinin ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə ləğv edilə biləcəyi haqda səslənən iddiaları şərh edərkən deyib.

Ekspert bildirib ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar yalnız “Şimal axını-2” qaz boru kəmərinin tikintisini ləngitmək məqsədi daşımır:

“Mövcud iqtisadi sanksiyalar Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə cavab olaraq tətbiq edilib. ABŞ-ın bu gün Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsini fərqli şərh edənlər də var. ABŞ sanksiyalar yolu ilə Rusiyanın satış bazarına müdaxilə edərək, öz təbii qazını Avropaya satmaq istəyir. Bu gün Avropanın rus qazından ciddi asılılığı mövcudur. ABŞ bu asılılığı azaltmağı hədəfləyir”.

Ekspert deyib ki, “Şimal axını-2” qaz boru kəmərinin tikintisinin dayandırılması Avropa qaz bazarında boşluq yaratmaz:

“Rusiya bu layihəni tərtib edəndə əsas məsələ Ukrayna və Belarusun ərazisindən yan keçmək idi. Yəni digər boru kəmərlərinin bir çoxu birbaşa və ya dolayı yolla bu ölkələrdən keçərək Avropaya çatırdı. Bu isə öz növbəsində Rusiyanın Belarus və Ukraynaya ixrac etdiyi qazı bölüşməsi və ya ucuz satması demək idi. Yəni “Şimal axını-2” qaz boru kəmərinin Rusiya üçün əsas önəmi bu ölkələrdən yan keçməsi idi.

“Şimal axını-2”-nin tikintisi dayandırılsa, bu, Rusiya üçün baha başa gələcək. Çünki Rusiya bu layihəyə xərc çəkib. Boru kəmərinin təkcə Baltik dənizi hövzəsindən keçən hissəsi üçün Rusiya 160 milyon dollar xərcləyib. Bundan əlavə, Rusiyanın bu layihədən əldə edəcəyi gəlir illik 10 milyard avro həcmindədir. Bütün bunları göz önündə tutanda vəziyyətin ciddiliyini anlamaq olur”.

Tarix
2020.08.12 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla