Yuxarı

BƏƏ-dən ağır zərbə: Türkiyə bunu xəyanət saydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ-dən ağır zərbə: Türkiyə bunu xəyanət saydı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında diplomatik əlaqələrin qurulmasının regionun gələcəyi üçün ciddi təsirləri olacaq. Xüsusilə də Fələstin Azadlıq Hərəkatı ən böyük maliyyə dəstəkçisi olan BƏƏ-ni itirə bilər.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Birləşmiş Ərəb Əmirlikləri və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə razılığı şərh edərkən deyib.

O bildirib ki, BƏƏ şahzadəsi bunun İsrailin Fələstin torpaqlarını ilhaqının qarşısını alacağını deyib:

“Lakin bu qərarın İsrailin Fələstini ilhaq etməsinə hər hansı bir təsirinin olacağını düşünmürəm. Çünki ABŞ Prezidenti Donald Tramp bu yöndə İsrailə tam dəstəyini ifadə edir. Bu qərarı bu qədər əhəmiyyətli edən bir digər məsələ fələstinlilərin taleyi ilə bağlıdır. Çünki çox az bilinsə də, bu gün Fələstin Azadlıq Hərəkatının əsas maliyyə dəstəkçisi Birləşmiş Ərəb Əmirlikləridir. Digər tərəfdən bu gün fələstinlilərin ən çox yaşadığı ikinci ölkə də məhz BƏƏ-dir. Ərəb-İsrail müharibəsi zamanı minlərlə fələstinli müharibədən qaçaraq bu ölkəyə sığınmışdı. Bu mənada BƏƏ və İsrail arasında diplomatik əlaqələrin qurulması Fələstin Azadlıq Hərəkatına ciddi zərbə vura bilər”.

Politoloq bu razılaşmanın Türkiyənin narazılığı ilə qarşılandığını da xatırladıb:

“Bu qərar Fələstin xalqının ən böyük dəstəkçisi olan Türkiyənin ciddi narazılığına səbəb oldu. Hətta Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın iki ölkə arasında əldə edilən bu razılaşmanı Fələstin xalqına və davasına xəyanət olaraq qiymətləndirdi.

Türkiyə ilə BƏƏ regionda hər nə qədər maraqları üst-üstə düşməsə də, Fələstin mövzusunda uzlaşa bilirdilər, lakin bu qərar iki ölkə münasibətlərini daha da soyuqlaşdıracaq”.

Tarix
2020.08.15 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla