Yuxarı

İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərtac xəbər verir ki, nazir Federika Quidi İtaliya Prezidenti Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarını dövlət başçısına çatdırıb.

Federika Quidi ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib. Əlaqələrimizin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlət başçısına məlumat verib.

Dövləti başçısı Romada İtaliyanın Baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd edib.

Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızın önəmini vurğulayıb.

Dövlət başçısı "Cənub" qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Tarix
2015.04.15 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla