Yuxarı

“Bütün türk dünyası ayağa qalxmalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bütün türk dünyası ayağa qalxmalıdır”

"Avropa Parlamentinin qondarma, sözdə erməni soyqırımı iddiaları ilə bağlı qərarına bütün dünyada yaşayan türklər etiraz səsini ucaltmalıdır".

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, dövlətlərimiz qədər Avropada yaşayan türk kökənli insanlar da yaşadığı Avropa ölkələrində bu müzakirələrə dəstək vermiş millət vəkillərinə və Avropa Parlamentinə ciddi etirazlarını bildirməlidirlər:

"Avropa Parlamentinin yalanlarla bağlı qərarını heç bir türk insanı tanımayacaq və qəbul etməyəcək. Avropa Parlamenti bu qərarı ilə ədalətsiz və haqsızlığa imza atmaqla bərabər bir sıra Avropa ölkələri qondarma erməni soyqırımı yalanlarından öz məqsədləri üçün necə istifadə etdiklərini bir daha göstərdilər. Onların dərin maraqlarını isə hər bir insanımız yaxşı bilməlidir. Yalanlara qarşı ən ciddi mübarizə yolu isə bütün dünyada gerçəkləri daha çox anlatmaqdır. Ermənistanın, ermənilərin Qarabağda, Xocalıda törətdiyi dəhşətləri, soyqırımı türk kökənli bütün insanlar dünyaya daha çox çatdırmalı, yalanlara qarşı gerçəklərlə müzakirəni daha da genişləndirməlidir. Bütün türk dünyası oyanmalı və hazırlanan bu qaralama kampaniyasına qarşı ayağa qalxmalıdır. Sözdə saxta erməni soyqırımı arxasında oynanan bu oyundan xəbərdar olduğumuzu göstərməli və bu yolda mübarizəmizi artırmalıyıq".

Tarix
2015.04.16 / 14:16
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla