Yuxarı

Eldar Həsənov harada saxlanılır? – Vəkili açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldar Həsənov harada saxlanılır? – Vəkili açıqladı

2020.09.01, 23:09

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX İstintaq İdarəsində istintaq edilən cinayət işindən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işinin ayrılaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyi və hazırda istintaqın orada davam etdiyini bildirmişdim. Buna baxmayaraq, Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq, o, DTX-nın İstintaq təcridxanasında saxlanılır.

Axar.az xəbər verir ki, bu sözləri Eldar Həsənovun vəkili Adil İsmayılov mediaya açıqlamasında deyib. O bildirib ki, saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur:

“O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzarətində olub. Hər gün çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək, xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim.

Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər. O, az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir”.

Vəkil qeyd edib ki, Eldar Həsənovun elan edilmiş ittihamlarda özünü təqsirli bilmədiyini, şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətindəki problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq, müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir.

Tarix
2020.09.02 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla