Yuxarı

Polkovnik: Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnik: Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - Video

12:21

Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları müharibə hazırlığı deyil. Təlimlər ilk dəfə deyil keçirilir. Digər tərəfdən, bu təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər bir çox ehtiyatda olan hərbi vəzifəli şəxsin planlı şəkildə hərbi təlimə çağırılması haqda danışarkən deyib.

Ş.Ramaldanov bildirib ki, təlimlər müəyyən proqram əsasında həyata keçirilir:

“Təlim proqramı öncədən hazırlanır və təlim rəhbərlərinə təqdim edilir. Bilirsiniz, bu və bu kimi təlimlər hələ SSRİ zamanından keçirilir. Biz bunlara adətən toplantı deyirdik.

Hazırki təlimlərin nə qədər davam edəcəyi haqda məlumatım yoxdur. Adətən bu kimi təlimlər bir ay müddətində davam edir. Çünki təlim proqramı bir yox, bir neçə istiqamətdə aparılır. Təlim əvvəl ixtisaslar üzrə, daha sonra isə ümumi formada keçirilir.

Eyni zamanda şəxslərin çağırılma dövrü, yerləşdirilməsi, yoxlanışı müəyyən vaxt tələb edir. Daha sonra şəxslər yoxlanışdan keçir, proqram üzrə məşqlər başlayır. Buna görə də bu toplantını müharibə hazırlığı kimi qiymətləndirməyə ehtiyac yoxdur”.

Tarix
2020.09.22 / 13:33
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla