Yuxarı

Zəkəriyə Öz nazir övladlarının işini çətinləşdirdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəkəriyə Öz nazir övladlarının işini çətinləşdirdi - Video

Korrupsiya əməliyyatının üçüncü günündə polis idarəsinə gələn Respublika Baş prokuroru Zəkəriyə Öz şübhələlilərə veriləcək sualların dəyişdirilməsinin qarşısını almışdı.

Türkiyəni çalxalayan korrpusiya və qaçaqmalçılıq əməliyyatının üçüncü günündə Respublika Baş prokuroru Zəkəriyə Öz polis idarəsinin 3-cü mərtəbəsindəki əməliyyat mərkəzinə daxil olub.

Niyə gəldiyim bəlli deyilmi?

"Axar.az" xəbər verir ki, Banditizm və korrupsiya ilə Mübarizə İdarəsinə gəlib, üçüncü mərtəbəyə çıxmamışdan əvvəl jurnalistlərin "niyə gəlmisiniz" sualına prokuror Öz "niyə gəldiyim bəlli deyilmi?" cavabını verib.

Zəkəriyə Özə daxil olan məlumata görə, istintaqda xüsusən nazirlərin övladları ilə əlaqədar gizli telefon danışıqlarının bəzi bölümlərinin nəzərə alınmayacağı, çıxarılacağı və ya dəyişdiriləcəyi bildirilib. Bunda da məqsəd nazir övladlarının azad edilməsini asanlaşdırmaq olub. Məhz bundan sonra Baş prokurorun polis idarəsinə getdiyi məlum olub. İstintaqı araşdıran idarə müdirləri və şübhəliləri sorğulayan müstəntiqlərlə şəxsən görüşən baş prokuror Özün şübhəlilərə veriləcək sualların möhürlü bir nümunəsini götürərək protokol tərtib etdiyi bildirilib.

Tarix
2013.12.24 / 12:16
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla