Yuxarı

Baş prokuror İsmət Qayıbovun oğlu ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş prokuror İsmət Qayıbovun oğlu ilə görüşdü

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri ilə görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirin məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrinin icra edərkən şəhid olmuş prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olub.

Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək, onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb.

Şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri tədbirdə çıxış edərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlərin görülməsindən söz açıblar.

Sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı Rayon Prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşərək, prokurorluq orqanlarının əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da işlərin görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2020.09.23 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla