Axar.az
Yuxarı

Azərbaycanın tam qələbəsini təmin edən – 4 amil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşməndən azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirməyə tam hazırdır. Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atacağı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər həlledici amillər qaçılmaz görünən müharibədə Azərbaycanın tam qələbəsini təmin edən mühüm amillərdir.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov qeyd edib. O vurğulayıb ki, BMT Baş Məclisinin 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş növbəti 100 gün ərzində - cari ilin sonunadək bütün münaqişələrdə atəşkəsin təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət qəbul edib.

E.Nəsirovun sözlərinə görə, BMT rəhbərinin qlobal atəşkəsin təmin edilməsi ilə bağlı hər iki müraciətinin əsas motivi pandemiya ilə səmərəli mübarizənin aparılması reallığından qaynaqlanır:

“Cənab Quterreşin istinad etdiyi statistika bu suala müsbət cavab verməyə imkan vermir. BMT baş katibinin məlum birinci çağırışına 180 dövlətin dəstək verdiyi vurğulansa da, konkret olaraq münaqişə ocaqlarından yalnız Kamerunda, Kolumbiyda və Filippində hərbi toqquşmalara nisbi ara verildiyi bildirilmişdir. BMT baş katibinin hər iki müraciətini qulaqardına vuran dövlətlərın sırasında Ermənistan yəqin ki, lap ön sıralardadır. BMT TŞ-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamələrini icra etməyən və buna görə də cazasız qalan Ermənistan tərəfinin sözügedən beynəlxalq təkilatın rəhbərinin tövsiyə xarakterli müraciətlərinə də məhəl qoymayacağına qətiyyən təəccüblənmək lazım deyil. Təkcə işğalçı Ermənistan dövlətinin son hərbi təxribat və avantüralarının təhlili belə qənaətə gəlməyə ciddi əsaslar yaradır. Eyni zamanda bu təxribatlara münasibətdə beynəlxalq ictimaiyyətin müəmmalı seyrçi davranışı da çoxsaylı suallar doğurur. BMT kimi nəhəng beynəlxalq, universal təşkilat belə həmin sualların qarşısında acizlik nümayiş etdirir. Bu vəziyyət isə məlum münaqişənin sülh deyil, hərbi yolla nizamlanması potensialını xeyli dərəcədə artırır. Bir çox hallarda isə hətta onu labüd edir. Fikrimizi əsaslandırmağa başlayaq.

Birincisi, qəbulundan 27 ildən artıq bir müddət keçməsinə baxmayaraq, niyə BMT TŞ-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmur. Həmin qətnamələrdə birmənalı olaraq qeyd olunub ki, erməni silahlı qüvvələri işğal altındakı Azərbaycan ərazilərindən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan həmin qətnamələrə məhəl qoymur və icra etməkdən boyun qaçırır. Halbuki BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, BMT TŞ-nın qətnamələrinin icrası məcburidir. Nəticədə məlum qətnamələrin icrasına məcbur edilməyən Ermənistan dövlətində arxayınlıq sondromu formalaşır və onu yeni cinayətlər törətməyə şirnikləndirir.

İkincisi, Azərbayan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə (ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ vardır) istinad edərək, işğal altındakı ərazilərini istənilən vasitə ilə, o cümlədən hərbi yolla azad etmək hüququna malikdir. Müqayisə üçün qeyd edək ki, 2001-ci il 11 sentyabr tarixində ABŞ ərazisi beynəlxalq terror hücumuna məruz qalarkən Pentaqon məhz həmin 51-ci maddəyə istinad edərək Əfqanıstanda Taliban rejimi əleyhinə hərbi əməliyyatlara başladı. Bəs onda niyə Azərbaycanın işğal altındakı torpaqlarını hərbi yolla qaytarmaq hüququna münasibətdə beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk Qrupu diametral fərqli mövqe nümayiş etdirir, sülh prosesinə alternativ görmür? Nəticədə illər keçir, status-kvo vəziyyəti dəyişmir ki, dəyişmir. Bu, Ermənistanın maraqlarına cavab verir. Azərbaycanın isə səbri tükənməkdədir.

Üçüncüsü, Ermənistanın siyasi-hərbi rəhbərliyi “Qarabağ Ermistandır” fikrini səsləndirməklə danışıqların davam etdirilməsini lüzumsuz etmişdir. Təsadüfi deyildir ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edən Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır ki, “Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır".

Heç şübhəsiz, bu halda mahiyyəti üzrə aparılmayan danışıqlar Azərbaycan üçün heç bir məna və əhəmiyyət kəsb etmir. Məlum davranışı ilə Ermənistan faktiki olaraq danışıqlar prosesindən çıxdığını bəyan etmişdir. Danışıqların alternativi isə müharibədir. Deməli, Ermənistan bilərəkdən və məqsədyönlü şəkildə münaqişənin tənzimlənmsi prosesini hərbi müstəviyə sürükləməkdədir.

Nəhayət, Ermənistanın siyasi-hərbi rəhbərliyinin məlum “iyul təxribatı” və “avqust diversiya hərəkətləri“ regionda ədalətli sülhün bərpasına olan kövrək ümidlərin üzərindən çarpaz xətt çəkir. Xüsusilə də son iki ay ərzində həm Serbiya, həm də Rusiyadan Ermənistana silah-sursat daşınması münaqişənin dinc yolla həlli imkanlarını sözün həqiqi mənasında “dəfn” etməkdədir. Sülh prosesi “reanimasiya”dadır”.

Tarix
2020.09.23 / 23:59
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əks təqdirdə heç bir atəşkəs olmayacaq – Şərh

Paşinyan Trampı “təq” edib, atəşə tutur...

Peskov yenə də Qarabağdan danışdı

Qarabağa görə Türkiyəyə təzyiqlər artdı – Çağırış

Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? - Video

İrəvan niyə son atəşkəsi də pozdu? – Pol Qoblun cavabı

İnanırıq ki, tezliklə bu rayon da azad ediləcək - Video

Azad olunan kəndlərimizin - Siyahısı

Prezident: O qədər mənasız görüş olub ki...

Prezident: Biz yeni reallıq yaratmışıq, hesablaşın!

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla