Yuxarı

“Ermənistanda əsil qırğın aprelin 25-də başlayır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vatikanda məlum dini liturgiya mərasimi keçirilənə qədər ermənilərin daxili siyasi mübarizəsi hər cür milli və tarixi məsələnin fövqünə qalxmışdı".

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Onun sözlərinə görə, dəfələrlə cəhd göstərilməsinə baxmayaraq, 24 apreldə bütün partiya və hərəkatları bir araya gətirmək, birgə etiraz yürüşləri keçirmək, Türkiyə əleyhinə qətnamə və qərarları nəzərdə tutan aksiyalarda eyni cərgədə addımlamaq çağırışları iflasa uğradı:

"Başqa cür də ola bilməzdi. Çünki müxalifət yaxşı dərk edir ki, Sərkisyan xalqın keçmişini və məlum soyqırım ideologiyasını öz maraqları üçün istismar edir. Ona görə içərimizdə ermənilərin vahidliyi və birliyi haqqında dolaşan miflərin də nə qədər əsassız olduğunu burada ayrıca vurğulamağa dəyər. Göründüyü kimi, hətta milli hüzn və matəm ruhu belə Ermənistandakı siyasi gərginliyi, hakimiyyət və müxalifət arasındakı barışmaz ziddiyyətləri, əslində, toplumun iqtidara münasibətindəki nifrəti yox edə bilmədi. 24 apreldə Türkiyədə yaşanan coşqu ermənilər üçün əlavə ruh düşkünlüyünə və xəyal qırıqlığına yol açacaq. Dünyadan və türklərdən torpaq və pul istəyənlərin 24 apreldə Çanaqqalada yaşanan qalibiyyət, güc, birlik və inam səhnələrini görmələri gerçək mənəvi qırğın hadisəsi hesab oluna bilər. İstənilən sadə erməni üçün belə bir dəhşətli gerçəkliyi həyatında, sosial şəraitində və gələcəyində yaşamaqda davam etmək siyasi və sosial şəraitə əlvan mənfi rəng qatır".

Z.Orucun sözlərinə görə, əsil matəm hələ bundan sonra - aprelin 25-dən başlayacaq:

"Beləliklə, millət Avropa siyasi paytaxtlarında verilən antitürk qərarlarından və həmrəylik bəyanatlarından bir addım olsun inkişaf üçün bəhrələnə bilmir və nəticədə soyqırım qətnamələri özünün "sakrallığını" itirir. Yəni belə soyqırmı tanıyan sənədləri qaynadıb yemək olmur. Əminəm ki, Ermənistanda əsil matəm mərasimi 25 apreldən başlanır. 100 ilin ölülərinə ağlayıb qurtarmamış hər kəs qeyri-müəyyən gələcəyinə və məhrumiyyətli bu gününə döndükdən sonra gerçək ölülər olaraq özlərini görəcəklər. Milli ideyalara və marşlara əsir edilmiş qurbanlıq məzlum ermənilərin faciəsi apreln 24 də bitmir - başlanır! Öz rəhbərləri tərəfindən!.."

Tarix
2015.04.23 / 09:03
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla