Yuxarı

İƏT-dən cəbhədəki vəziyyətlə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İƏT-dən cəbhədəki vəziyyətlə bağlı - Bəyanat

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycana qarşı mülki insan tələfatına səbəb olan hücumlarını dərin narahatlıqla izləyir.

Axar.az xəbər verir ki, İƏT-in bununla bağlı yaydığı bəyanatda Baş Katibliyin Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə qınadığı vurğulanır. Qeyd edilir ki, Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edir, İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrini, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını, iki ölkə arasındakı münaqişənin Azərbaycanın suverenliyinə hörmətə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb edir.

Baş Katiblik şəhid olan Azərbaycan vətəndaşlarının ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyir.

Tarix
2020.09.28 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla