Yuxarı

Tatarlardan Ermənistana qarşı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də başlayaraq Ermənistan silahlı qüvvələri müxtəlif silah növlərindən istifadə edərək, bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, eləcə də hərbi mövqelərini atəşə tutub, bunun nəticəsində mülki əhalidən və hərbi qulluqçulardan ölənlər və yaralananlar olub. Həmçinin cəbhə xəttindən çox uzaqda yerləşən Naftalan şəhərinin Qaşaltı kəndinin top atəşinə tutulması nəticəsində bir ailənin 5 üzvü həlak olub, onlardan ikisi azyaşlı uşaqlar idi. Sentyabrın 28-də düşmən qüvvələri ağır artilleriyadan istifadə edərək, Azərbaycanın Tərtər rayonunun sıx məskunlaşmış kəndlərini intensiv atəşə tutub ki, bu da dinc sakinlər arasında itkilərlə nəticələnib.

Biz, tatar millətindən olan Azərbaycan vətəndaşları, Ermənistan qoşunlarının insan tələfatına səbəb olan növbəti təcavüzkar hərəkətlərinə qarşı qəti etirazımızı bildiririk. Ermənistan silahlı qüvvələri 1949-cu il Cenevrə Konvensiyası və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, Azərbaycanın mülki əhalisini məqsədyönlü şəkildə atəşə tutur. Vəziyyətin gərginləşməsinə görə məsuliyyət tamamilə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycanın işğal olunmuş torpaqlarında erməni təxribatı ilə əlaqədar tatar millətindən olan Azərbaycan vətəndaşlarının bəyanatında yer alıb. Bəyanatda daha sonra deyilir:

“Biz Ermənistan silahlı birləşmələrinin təxribatları nəticəsində həlak olanların xatirəsi önündə baş əyirik. Yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Azərbaycan tatarları dünya birliyini Ermənistanın hərbi cinayətlərinə lazımi hüquqi qiymət verməyə və Azərbaycan torpaqlarının dərhal azad edilməsinə kömək etməyə çağırır. Bəyan edirik ki, Ermənistan tərəfinin yeritdiyi işğalçı siyasət qəsdən danışıqlar prosesinin pozulmasına və gərginliyin artmasına yönəlib. Bir əsrdən artıqdır ki, Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlayan Ermənistan regionda və bütün dünyada sülh və sabitliyi təhlükə altına alan təcavüzə son qoymalıdır.

Tatarlar da respublikanın bütöv çoxmillətli əhalisi kimi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini və uzaqgörən müdrik siyasətini tam dəstəkləyir.

Azərbaycan tatarları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə Silahlı Qüvvələrin həyata keçirdiyi əks-hücum əməliyyatlarını tamamilə dəstəkləyir. Biz doğma torpağını qarış-qarış uğurla azad edən Azərbaycanın igid Silahlı Qüvvələrinin uğurları ilə fəxr edirik. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan qoşunları torpaqlarında azadetmə əməliyyatı aparır və xarici ərazilərə iddia etmirlər.

Biz, Azərbaycanda yaşayan tatarlar, Vətənimizin düşməndən azad edilməsində azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə iştirak etməyi özümüzə borc bilirik. Tatar diasporunun nümayəndələri ötən əsrin 90-cı illərində olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü var gücü ilə qorumağa hazırdırlar.

Əminik ki, tezliklə işğalçı erməni silahlı dəstələri ərazimizdən qovulacaq və Dağlıq Qarabağ müstəqil Azərbaycanın tərkibinə qayıdacaq!

Qələbə bizim olacaq! Allah Azərbaycan əsgərlərini qorusun!”

Tarix
2020.09.28 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla