Yuxarı

BAXCP Tofiq Yaqublu üçün prezidentə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BAXCP Tofiq Yaqublu üçün prezidentə müraciət etdi

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

BAXCP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sessiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı geniş çıxışından sonra Ali Məclis adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə bildirilir ki, BAXCP Ali Məclisi Tofiq Yaqubluya gənc övladının vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir və onun dəfn mərasimində iştirakına şərait yaradılmasını təqdir edir. BAXCP Ali Məclisi eyni zamanda, Azərbaycan Respublikasının prezidentinə müraciət edərək, hər bir azərbaycanlının prezidenti kimi, Yaqublu ailəsinə də humanistlik və mərhəmət nümayiş etdirərək ailə üçün bu ağır günlərdə onlara mənəvi dayaq olmağa, Tofiq Yaqublunu əfv etməyə çağırıb:

"Tofiq Yaqublu milli azadlıq hərəkatının öncüllərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkib".

Tarix
2015.04.24 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Prezident Tiflisdə belə qarşılandı - Foto

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla