Yuxarı

Almaniya səfiri ölkəsinin Qarabağ mövqeyini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya səfiri ölkəsinin Qarabağ mövqeyini açıqladı

Azərbaycanla-Ermənistan arasında baş verən gərginliklə bağlı çox sayda insan itkisinə görə təəssüf edirik. Ölənlərin ailələrinə başsağlığı verir, yaralıların isə tezliklə sağalmasını arzu edirik.

Bu sözləri Axar.az-a açıqlamasında Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq deyib.

Səfir bildirib ki, Almaniya hər iki tərəfi ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara başlamağa çağırır:

“Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü çərçivəsində, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri və Madrid sənədi əsasında danışıqlar yolu ilə aparıla bilər.

Almaniya kansleri Merkelin hər iki tərəfin dövlət başçısı ilə telefon danışıqları aparması, bu mövzu ilə bağlı Xarici İşlər naziri Hayko Maasın bəyanatı və Almaniya Xarici İşlər Nazirliyi və Dövlət katibinin hər iki ölkənin səfirləri ilə danışması Almaniyanın regiondakı vəziyyətlə yaxından maraqlandığının göstəricisidir”.

Tarix
2020.09.30 / 14:15
Müəllif
Ülviyyə Mirzəyeva
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla