Yuxarı

Yaxın Şərqdən olan erməni etiraf edir ki... - Hikmət Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdən olan erməni etiraf edir ki... - Hikmət Hacıyev

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalına müsahibəsində və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlar seqmentində çıxışı zamanı da qeyd etdiyi kimi, Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların və muzdluların gətirilməsi prosesi var.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, uzun müddət ərzində Ermənistan tərəfindən bu siyasət həyata keçirilir:

“Həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir. Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi narahatlığına səbəb olan məsələdir. Bununla bərabər, 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır. Elə bu günlərdə Yaxın Şərq ölkələrindən erməni əsilli bir şəxs ASALA terror təşkilatının təmsilçisi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı vuruşduğunu özü etiraf edir. Azərbaycanın da narahatlıqları var və beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir”.

Tarix
2020.09.30 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla