Yuxarı

Ev almaq istəyənlərə şad xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev almaq istəyənlərə şad xəbər

Azərbaycanın mənzil bazarında evlər manatla bahalaşıb, dollarla ucuzlaşıb.

ANS-in məlumatına görə, MBA Ltd konsaltinq şirkətinin hesablamasında bildirilir ki, bu ilin mart ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan təmirsiz yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 16.38% azalıb və 1374 dollar/kv.m-dən 1149 dollar/kv.m-ə düşüb. Manatla isə ay ərzində 11.94% artıb və 1078 manat/kv.m-dən 1206 manat/kv.m-ə çatıb.

Bildirilir ki, iki valyutada qeyd edilən məbləğlər arasındakı tərs mütənasibliyə fevral ayında ölkədə baş verən devalvasiya səbəb olub. MBA Ltd-nin monitorinq qrupunun ötən ay apardığı araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan təmirsiz 1, 2, 3 və çox otaqlı mənzillərin hər birinin dollarla qiyməti məlum olan səbəblərdən ciddi şəkildə azalıb.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan təmirsiz mənzillərin sayında artım əsasən Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Buna da əsas səbəb kimi tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Satışa təklif olunan yeni tikilən mənzillərin sayında azalma isə daha çox Sabunçu və Səbail rayonlarında qeydə alınıb. Müşahidə olunan azalmanı isə bu rayonlarda satışa çıxarılan mənzillərin digər rayonlara nisbətən daha tez satılması ilə izah etmək olar.

Tarix
2015.04.25 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla