Yuxarı

“Moskvanın oyunu onu uçuruma aparır” – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Moskvanın oyunu onu uçuruma aparır” – Ekspert

"Son zamanlar Rusiyanın xarici siyasətində pərakəndəlik hökm sürür".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bildirib. Onun sözlərinə görə, bu pərakəndəlik özünü təkcə Yaxın Şərq bölgəsinə olan münasibətdə göstərmir:

"Görünən budur ki, Rusiyanın xarici siyasətində ciddi böhran müşahidə edilir və strateji xəttin olmaması üzündən Moskva sürətlə dəyişən ümumi siyasi durum fonunda məcburdur ki, taktiki gedişlər üzərində siyasət qursun. Bunun da uğurlu olacağı şübhə doğurur və artıq öz fəsadlarını göstərməkdədir. Belə ki, Rusiyanın atdığı bir taktiki addım növbəti situasiya dəyişdikdə atdığı digər addımla bir çox hallarda dərin ziddiyyət təşkil edir. Hətta deyərdim ki, bir-birinə diametral zidd olur. Bu da təbii ki, xarici siyasətin uğursuzluğa doğru getməsindən xəbər verir. Bu, təkcə Yaxın Şərq bölgəsində deyil, MDB məkanında da eyni stildə davam edir, ABŞ-Avropa münasibətlərinə müdaxilə etmək istəyində də eyni qalır. Rusiya çalışır ki, bir sıra Avropa dövlətlərini öz tərəfinə çəkməklə Qərbin anti-Rusiya koalisiyasını pozmağa nail olsun. Ancaq bu alınmır. Çünki orada Rusiyanın etibarı, əlaqələri, güvəni bir o qədər yüksək deyil. Yəni Rusiya etibarlı tərəfdaş kimi qəbul olunmur. Məhz bu səbəbdən də hələ bilinmir ki, C-300-lərin İrana verilməsi ilə bağlı prosesin dayanması kimin ucbatındadır. Doğurdanmı Rusiya bunu təxirə salıb? Yoxsa, İran imtina edib?"

Politoloq bildirib ki, hazırkı şəraitdə Rusiyanın xarici siyasət konturları aydın deyil:

"Belə olan halda da hətta müttəfiqlik qurmaqda maraqlı olan ölkələr də təbii ki, yan gəzir. Çünki onların gələcəyə dair təminatı olmur və bu siyasətdə perspektiv görmürlər. Baxmayaraq ki, bir çox rus ekspertləri bunu bir növ hiyləgər xarici siyasət strategiyası kimi dəyərləndirir. Əgər Rusiya tərəfdaşlarını belə bir siyasət nəticəsində itirməyə davam edirsə, bunun ağıllı, uzaqgörən, strateji siyasət olduğunu demək çox çətindir. Yəni Kremlin hazırkı xarici siyasəti çox ciddi böhran vəziyyətindədir. Qeyd edim ki, Rusiyanın eyni siyasəti Qafqaz ölkələrinə, xüsusilə də Azərbaycana, Gürcüstana münasibətdə yürüdə biləcəyinə dair yanaşmalar gəzir. Ancaq bunun ortada görünən konkret nəticələri yoxdur. Müəyyən eyhamlar var, ancaq istənilən halda hələlik real addımlar yoxdur. Və bu real addımlar yoxdursa, təbii ki, variantlardan biri kimi nəzərdən keçirilə bilər".

Tarix
2015.04.29 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla