Yuxarı

O, Qarabağda işğalçının kim olduğunu görməlidir - Aksoy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, Qarabağda işğalçının kim olduğunu görməlidir - Aksoy

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın Ermənistanı ziyarət edərkən Türkiyə haqqında səsləndirdiyi sözlər və iddialar bu ölkənin Türkiyə-Yunanıstan münasibətlərində yaxşı qonşuluq, dialoq və əməkdaşlıq yerinə gərginlik yaratmaq siyasətini üstün tutmasına dair daha bir nümunədir.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Açıqlamada bildirilir ki, ifadə olunan iddialar tarixi gerçəklərin üstünü örtməyəcək:

"Yunanıstanın Anadoluda törətdiyi vəhşilikləri, bunun üçün təzminat ödəməyə məhkum olduğunu unutmamalı, tarixi düzgün oxumalı, əsassız fikirlərdən və türklərə qarşı düşmənçilikdən vaz keçilməlidir. Bölgəmizdəki bütün problemlərin həllinin mərkəzində dayanan Türkiyə, problemlərin yaradıcısı və yaxud dəstəkləyəni isə Yunanıstandır.

Suriyada zalım Əsədi, Liviyada qiyamçı Haftarı, Dağlıq Qarabağda işğalçı Ermənistanı dəstəkləyən, Türkiyəyə qarşı fəaliyyət göstərən, PKK, PYD, FETÖ daxil olmaqla bütün terror təşkilatlarına qapılarını açan, Egey dənizini qaçqınlar üçün məzara çevirən, Egey və Aralıq dənizlərində təxribatçı siyasət yürüdən Yunanıstandır.

Yunanıstan Xarici İşlər naziri Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonda kimin işğalçı, kimin təcavüzə məruz qalan olduğunun da fərqinə varmalıdır. Beynəlxalq ictimaiyyəti Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına baxmayaraq, 28 il mövcud olan qanunsuz işğala görə qınamağa dəvət edirik.

Yunanıstan yürütdüyü siyasəti dayandırmalı, Türkiyəni, bölgəni və dünyanın gerçəklərini yaxşı öyrənməlidir".

Tarix
2020.10.17 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla