Yuxarı

İspaniya Ermənistanın Gəncə təxribatını qınadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya Ermənistanın Gəncə təxribatını qınadı

İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasından (Asociación de Aviadores de la República - ADAR) Azərbaycanın İspaniyadakı səfirliyinə daxil olmuş məktubda Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı təcavüzkar siyasəti qətiyyətlə qınanılır, öz ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı haqlı mübarizədə Azərbaycana dəstək ifadə olunur.

Axar.az xəbər verir ki, Respublikaçı Aviatorlar Assosiasiyasının sədri Akilino Mata İspaniyada vətəndaş müharibəsi zamanı (1936-1939) Gəncə (həmin zaman Kirovabad) şəhərində yerləşən təlim mərkəzində təhsil almış ispan pilotların ailə üzvlərindən ibarət heyətlə birlikdə 2016-cı ildə Gəncə şəhərinə səfərlərini xoş təəssüratlarla xatırlayaraq, İkinci Dünya müharibəsi illərində Bakının müdafiəsində iştirak edən ispan aviatorlar, onların yaxınları üçün Azərbaycanın, xüsusilə Gəncənin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edir.

Məktubda Respublikaçı Aviatorlar Assosiasiyasının, ispan pilotların ailə üzvlərinin və yaxınlarının Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini raket atəşinə tutmasından dərin sarsıntı keçirdiyi, bu təcavüz əməlinin qəbuledilməz olduğu vurğulanır.

“Ermənistanın növbəti hərbi təxribatı zamanı həlak olmuş mülki şəxslərin xatirəsini ehtiramla anırıq, münaqişənin tezliklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəyimizi ifadə edirik”, - deyə məktubda bildirilir.

Tarix
2020.10.17 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Vens: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir - Video

Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

İranla quru sərhədin açılması mümkündür? – Deputat

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla