Yuxarı

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Ankarada Putini çətin vəziyyətə saldı

NATO-nun Ankarada keçirilən sammitində ABŞ Prezidenti Donald Trampın Ukraynaya müəyyən rəğbət nümayiş etdirməsi Kremli mürəkkəb diplomatik vəziyyətə salıb. Çünki Moskva Ağ Evin əsas üstünlük verəcəyi tərəfin məhz Rusiya olacağını gözləyirdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert İvan Preobrajenski bildirib.

Ekspert xatırladıb ki, sammit zamanı Tramp Ukraynaya “Patriot” raketlərinin lisenziya əsasında istehsalına icazə verməyə hazır olduğunu bildirib, həmçinin Ukrayna səmasının müdafiəsinin gücləndirilməsinin mümkünlüyünü istisna etməyib. Bundan əlavə, o, Ukraynanın Rusiyanın yanacaq-enerji kompleksinə endirdiyi zərbələri müharibənin daha tez başa çatmasına kömək edə biləcək amil kimi müsbət qiymətləndirib.

Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinə zəng etmək niyyətində olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, məhz bu bəyanat Moskvanın reaksiyasına səbəb olub. Rusiya tərəfi telefon danışığına dərhal razılıq versə də, gözlənilən zəng baş tutmayıb. Preobrajenskinin fikrincə, bu, Kremli narahat vəziyyətdə qoyub.

Ekspert qeyd edir ki, Kreml əvvəllər Trampın Ukrayna ilə bağlı danışıqlarda vasitəçi roluna qayıdacağına ümid edirdi:

“Sammitdən sonra Vaşinqton yanaşmasını dəyişmiş ola bilər və artıq Moskvanın kompromisə hazır olduğuna dair əlamətlər olmadan danışıqlar aparmağa çalışmır”.

Tarix
2026.07.12 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla