Yuxarı

BMT-yə Gəncəyə raket hücumu barədə məlumat verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 19-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovla videokonfrans formatında görüşü olub. Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov da iştirak edib.

Ombudsman Aparatından Axar.az-a bildiriblər ki, görüş zamanı Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Müvəkkil BMT rəsmisini 2020-ci ilin sentyabrın sonlarından etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə hucuma keçdiyini, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhə xətti boyunca, həm də təmas xəttindən uzaqda yerləşən rayonlarında yaşayan mülki şəxsləri və obyektləri ağır artilleriya atəşinə məruz qoyduğunu, nəticədə çoxsaylı insan tələfatı və dağıntıların olduğunu diqqətə çatdırıb.

S. Əliyeva Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu, beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan mülki şəxslərin və obyektlərin atəşə tutulduğunu, nəticədə dinc sakinlər, xüsusilə uşaqlar, qadınlar, ahılları əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər arasında çoxlu sayda tələfat və yaralanma hallarının baş verdiyini, mülki evlərin, tarixi və mədəni abidələrin, inzibati binaların, təhsil müəssisələrinin, uşaq bağçalarının, xəstəxanaların və sosial obyektlərin dağıdıldığını diqqətə çatdırıb.

Görüşdə Müvəkkil erməni təcavüzünün, pozulmuş insan hüquq və azadlıqlarının bütün dünyaya çatdırılması məqsədilə müxtəlif bəyanatlar verdiyini, təcavüzdən zərər görmüş yerlərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini və toplanmış dəlillər əsasında hazırladığı geniş hesabatların müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərildiyini qeyd edib.

Müvəkkil bütün beynəlxalq təşkilatları bu məsələyə biganə yanaşmamağa, susqunluq nümayiş etdirməməyə çağırıb. Qeyd edilib ki, beynəlxalq təşkilatlar tərəfindən susqunluq və loyal münasibətin göstərilməsi təcavüzkar Ermənistanın yeni yeni müharibə cinayətləri törətməsinə səbəb olur.

S.Əliyeva Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin nəticələrini yerində müşahidə etmək üçün BMT rəsmisini Azərbaycana dəvət edib.

V. Şkolnikov Azərbaycanın şəhər və rayonlarına atılmış raket zərbələri nəticəsində baş vermiş böyük insan tələfatından dərin təəssüf hissi keçirdiklərini və Ombudsmanın ona verdiyi bütün məlumatları BMT-nin əlaqədar qurumlarına çatdıracağını bildirib.

Tarix
2020.10.19 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla