Yuxarı

Gürcüstandakı yəhudilərdən Gəncə ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstandakı yəhudilərdən Gəncə ilə bağlı - Bəyanat

Gürcüstanın Yəhudi İcması ermənilərin Gəncəni raket atəşinə tutması ilə əlaqədar bəyanat qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə AzərTac-a Gürcüstan yəhudi icmasının rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru Abik Çaruxçevi məlumat verib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi son dövrlərdə verdiyi bəyanatlarla ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşır, qonşu Gürcüstana da ərazi iddiası irəli sürür və bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından dərhal sonra oktyabrın 11-də gecə radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi oldu.

Ermənistan tərəfindən Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı Ermənistan hakimiyyətinin təxribatçı əməllərinin şahidi olan dünya, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, “gözünü qan tutan” Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir.

O diqqətə çatdırıb ki, bütün dünya bir daha işğalçı Ermənistanın dövlət səviyyəsində terror siyasəti yürütməsinin şahidi oldu. Bu cür cinayət əməlləri ilə xalqımızın sarsılmaz iradəsini qırmağa çalışan düşmən məqsədinə çatmadı. Çünki hər bir vətəndaşımız Ali Baş Komandana, Ordumuza güvənir və əmindir ki, düşmən törətdiyi bütün cinayətlərə görə cavab verəcək!

Qeyd edək ki, icma rəhbərinin bəyanatının tam mətni Gürcüstanın “Sakartvelos Respublika” qəzetində dərc olunub.

Tarix
2020.10.20 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla