Yuxarı

Şuşadakı məbədə zərbə endirilməsi... - Rus mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dağlıq Qarabağdakı münaqişəyə Rusiyanı cəlb etmək cəhdlərini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə “News.ru” Rusiya portalında dərc olunan məqalədə deyilir. Materialda vurğulanır ki, erməni tərəfi Qarabağda baş verənləri müsəlman və xristian dünyasının qarşıdurması kimi təqdim etməyə cəhd göstərir, lakin hadisələrin bu cür stereotip mənzərəsi əsla ağlabatan deyil.

Məqalədə xatırladılır ki, ötən həftə erməni tərəfi Azərbaycanı Şuşadakı Müqəddəs Xilaskar İsa Məbədinin atəşə tutulmasında ittiham edib. Müəllif yazır: “Hər şeydən əvvəl Şuşadakı məbədə zərbənin qəsdən endirilməsini sübut etmək qeyri-mümkündür. Kilsə döyüş əməliyyatları zonasında yerləşir, buna görə də oraya mərmilərin təsadüfən düşməsini istisna etmək olmaz. Eyni zamanda, Ermənistan Azərbaycanın sərhəddən uzaqda yerləşən Gəncə, Tərtər və Mingəçevir şəhərlərini operativ-taktiki raket komplekslərindən atəşə tutmaqdan xəcalət çəkmir. Bu hücum dinc sakinlərin ölümü ilə nəticələnir. Belə hərəkətlərin məqsədi aşkardır – Bakını bilavasitə Ermənistan ərazilərini atəşə tutmağa təhrik etmək və bununla da İrəvanın Moskvadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müdafiə istəməsinə şərait yaratmaq”.

Materialda deyilir ki, erməni tərəfinin münaqişəyə Rusiyanı cəlb etmək niyyəti iflasa uğrayandan sonra təkcə münaqişəni beynəlmiləlləşdirmək cəhdləri deyil, həm də dini etiqad amilindən istifadə cəhdləri kimi digər alətlər işə düşür: “Qarabağda baş verənlər erməni KİV-ləri və lobbiçiləri tərəfindən Azərbaycan və Türkiyə müsəlman ittifaqının “qardaş xristian xalqına” toxunan döyüş əməliyyatları kimi, bəzən də hətta sünni Türkiyənin şiə İrana qarşı mübarizəsi kimi təqdim edilir. Mütəxəssislər üçün bu tezislər absurd görünür: tanınmış rusiyalı islamşünas Aleksey Malaşenkonun qeyd etdiyi kimi, “Qarabağ münaqişəsində şiə-sünni qarşıdurması barədə ideyanın müəllifinə müdriklərin kitablarını daha çox oxumağı məsləhət görmək olardı”.

Məqalədə qeyd edilir ki, Azərbaycan, hətta onun sakinlərinin 90 faizindən çoxunun özlərini müsəlman hesab etməsi faktı nəzərə alınsa belə, dünyəvi dövlətdir. Bakı bütün konfessiyalara, o cümlədən xristianlara qarşı dözümlülüyü vurğulayır. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası yenidən qurulub, pravoslav mənbələrin təsdiqlədiyi kimi, o vaxtdan Yeparxiya hakimiyyət orqanları ilə, o cümlədən məbədlərin bərpası və yenidən qurulması sahəsində səmərəli əməkdaşlıq edir.

“Ekspertlər vurğulayırlar ki, Yerevanın dini ziddiyyətlərdən istifadə etmək cəhdləri münaqişənin dinc yolla həllini yalnız uzaqlaşdırır. Bu münaqişə təbliğatçı məqsədlərə deyil, beynəlxalq hüquqa əsaslanaraq həll olunmalıdır. Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov da bununla razıdır. Nazir bu günlərdə hər iki tərəfi ilk növbədə dinc nizamlama perspektivlərini məhv edən qarşıdurma ritorikasından imtina etməyə çağırıb”, - deyə müəllif sonda bildirib.

Tarix
2020.10.21 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla