Yuxarı

Erməni analarına deyin ki, itkilər daha çoxdur – Rusiyalı ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni analarına deyin ki, itkilər daha çoxdur – Rusiyalı ekspert

Ermənistan bu illər ərzində əsassız şəkildə status-kvonun dəyişməzliyinə əmin olan və öz ölkəsinin gələcəyini düşünmək zərurəti hiss etməyən nəsillər yetişdirib.

Axar.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib.

O bildirib ki, bu müddət ərzində isə Azərbaycan Silahlı Qüvvələrdə, ölkə iqtisadiyyatında, dövlətin xarici siyasi statusunda islahatlar keçirmək üçün böyük səy göstərib:

“Ermənistan itirilmiş illərini qaytara bilməyəcək. Bu ölkə öz əlində olanları inkişafa və öz gücünü artırmağa yox, özünün dəyəri və qorxusuzluğuna inandırmağa sərf edib”.

Ekspertin sözlərinə görə, son həftələrin təcrübəsi göstərdi ki, Azərbaycanın motivasiyalı və yaxşı təlim keçmiş ordusu daha güclüdür. Ermənistanın siyasi hakimiyyəti bundan sonra bir neçə çətin addım atmalıdır:

“Birincisi, öz əhalisinə etiraf etməlidir ki, Azərbaycan qoşunları həqiqətən də öz ərazilərini azad edir. İkincisi, hələ də nəyə görə döyüşdüklərini anlamayan hərbçi analarına elan etmək lazım olacaq ki, itkilər rəsmi statistikadan daha çoxdur. Bunu əslində ilk gündən etmək lazım idi. İşğal olunmuş ərazilərdə yaşayan dinc sakinlərə başa salmaq lazım idi ki, onların yaşadığı evləri özgələrinindir. Bu evlərin 27 il əvvəl məcburi köçkün olmuş sahibi gələn kimi oranı boşaltmaq lazımdır. Öz xalqını məlumatsızlıqda saxlamaq, dünya ictimaiyyətini aldatmaq beynəlxalq hüquq və şəxsiyyət hüquqlarına hörmətsizlikdir”.

Tarix
2020.10.22 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla