Yuxarı

ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST rəhbəri Avropadakı istilərlə bağlı xəbərdarlıq etdi

Hazırda Avropada 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan ölüb, təhsil müəssisələri bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Avropada istiləşmə digər qitələrdə olduğundan iki dəfə sürətlə baş verir:

"İqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə bir dəfə baş verən istilik dalğaları indi demək olar ki, hər il baş verir. Bizə xəbərdarlıq edilmişdi".

ÜST rəhbəri vurğulayıb ki, 21 iyundan bəri Avropada əvvəlki rəqəmlərlə müqayisədə 1300 ölüm halı daha çox qeydə alınıb ki, bu da yüksək temperaturla bağlıdır.

Qebreyesus bildirib ki, ÜST ekstremal istilərin yaratdığı sağlamlıq təhdidlərini aradan qaldırmaq üçün üzv dövlətləri və tərəfdaşları ilə birgə çalışır və hazırlığa, profilaktikaya və səhiyyə sisteminin reaksiyasının gücləndirilməsinə diqqət yetirir.

Tarix
2026.06.28 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" mərkəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla