Yuxarı

"Qarabağ"ın oyununda həyəcan yaşadım - Futbol əfsanəsi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"ın oyununda həyəcan yaşadım - Futbol əfsanəsi

Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkov MOİK-in "Qarabağ" üzərində qələbə qazanaraq UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlməsindən sonra fikirlərini bölüşüb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Stoiçkov qarşılaşmanın jurnalistlərə açıqlamasında olduqca gərgin keçdiyini bildirib:

"Çətin oyun oldu. Komanda ilk dəqiqədən qələbə istəyirdi. Bunun üçün daha çox istək və xarakter göstərmək lazım idi. Gərginlik böyük idi, amma bu, kubok matçıdır və son fitədək mübarizə aparmalısan. Həm onların, həm də bizim qol imkanlarımız oldu. Penaltilər də futbolun bir hissəsidir".

Stoiçkov etiraf edib ki, uzun müddətdən sonra bu qədər həyəcan yaşayıb:

"Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim".

O, futbolçuları qələbə münasibətilə təbrik etdiyini də vurğulayıb:

"Uşaqlara uğurlar arzuladım. Bu oyun artıq geridə qaldı".

Tarix
2026.07.31 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla