Yuxarı

Astaranın dağ kəndləri qazlaşdırılır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astaranın dağ kəndləri qazlaşdırılır - Video

Astarada dağlar qoynunda yerləşən Burzubənd kəndinin adının etimoloji mənası da elə “hündür dağ” anlamına gəlir. Lakin çətin relyefə malik olmasına baxmayaraq “Azəriqaz” İB tərəfindən kəndin qazlaşdırılması işləri davam etdirilir. Burzubəndin qazlaşdırılması başa çatdıqdan sonra burada 180 abonentin fasiləsiz və keyfiyyətli mavi yanacaqla təminatı mümkün olacaq.

Axar.az xəbər verir ki, ümumilikdə Astara rayonunun Burzubənd və Vənəşikəş kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən layihə üzrə 44 min poqonmetrə yaxın müxtəlif diametrli daşıyıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulub ki, bunun da artıq 25-26%-i icra edilib.

Lənkəran Regional Qaz İstismarı İdarəsinin şöbə rəisi Vəfadar Ağayevin verdiyi məlumata görə, kəndin qazlaşdırılması üçün 43 845 poqonmetr müxtəlif diametrli boruların çəkilməsi layihələndirilib. Hazırda işlərin 25-26%-i görülüb. Bütün sahələr üzrə işlər davam edir, qaynaq, dayaqların betonlanması və boyaq işləri görülür.

Qeyd edək ki, işlərin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Tarix
2026.07.31 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla