Yuxarı

Azərbaycan Ordusu üstünlüyünü genişləndirir - "Faraj"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ordusu üstünlüyünü genişləndirir - "Faraj"

Tacikistanın “Faraj.tj” portalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, cəbhə xəttindəki son vəziyyətlə bağlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə 30 ildir davam edən münaqişə haqqında danışılır. Bildirilir ki, bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfdən işğal olunub, 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqın və köçkün vəziyyətinə düşüb, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olub.

Məqalədə sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücum etdiyi, nəticədə Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatına başladığı qeyd edilib. Diqqətə çatdırılıb ki, artıq 1 aydır davam edən müharibə nəticəsində Azərbaycan Ordusu qələbələr qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin əhəmiyyətli hissəsini azad edib. Belə ki, artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri və bu rayonların bir sıra kəndləri, strateji yüksəkliklər işğaldan azad olunub. Azərbaycan Ordusu üstünlüyünü genişləndirməkdə davam edir.

Yazıda, həmçinin vurğulanır ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki 403 tarixi, dini, maddi və mədəniyyət abidəsi ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb.

Tarix
2020.10.27 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla