Yuxarı

Daha bir ölkədə Gəncə teraktı ilə bağlı aksiya - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ölkədə Gəncə teraktı ilə bağlı aksiya - Foto

Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərindəki Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının xatirəsinə Türk Evinin önündə yaradılmış guşəni ziyarət ediblər. Tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyub, terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzüblər.

İştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini qeyd edib, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını kəskin şəkildə pisləyiblər.

Tarix
2020.10.28 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla