Yuxarı

TÜRKPA-dan Bərdə hücumuna sərt reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TÜRKPA-dan Bərdə hücumuna sərt reaksiya

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov erməni silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərləri Bərdə və Tərtərdə mülki şəxslərə qarşı törədilməkdə davam edən qeyri-insani addımları şiddətlə qınayıb.

Axar.az xəbər verir ki, Baş katib bunu insanlıq əleyhinə addım və beynəlxalq humanitar hüququn bütün mövcud normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə biləcəyini vurğulayır. Bununla əlaqədar olaraq TÜRKPA beynəlxalq hüquq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

Baş katib insanların həyatlarını itirmələri ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirir və yaralananlara şəfa diləyir.

Tarix
2020.10.29 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla