Yuxarı

Ermənistan Melkumyanı təhvil almaqdan imtina edərək... - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Melkumyanı təhvil almaqdan imtina edərək... - XİN

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bir gün öncə isə döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada atılan bu addımlar, Azərbaycanın xoş niyyətinin, eləcə də beynəlxalq humanitar hüquq və insani dəyərlərə verdiyi dəyərin göstəricisidir.

Öz növbəsində Ermənistan tərəfi erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib:

"Vurğulayırıq ki, Ermənistanın bu günədək 3 dəfə elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq cəsədlərin, eləcə də hər iki tərəfdə saxlanılan şəxslərin mübadiləsinə əngəl törətməsinə baxmayaraq, Azərbaycan birtərəfli qaydada humanitar addımı reallaşdırıb.

Azərbaycan tərəfinin bu humanitar addımının həyata keçirilməsində Rusiya Federasiyasının Müdafiə Nazirliyi müstəsna rol oynayıb.

Humanizm prinsipləri hər zaman olduğu kimi, bundan sonra tərəfimizdən əsas götürüləcək".

Tarix
2020.10.29 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla