Yuxarı

Şuşa əməliyyatı: Ordumuzun inanılmaz manevri - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşa əməliyyatı: Ordumuzun inanılmaz manevri - Polkovnik

Rəşadətli Ordumuz Şuşanı işğaldan azad edərək, ilanın başını əzdi və bunu çox ağıllı taktika ilə həyata keçirdi. Bu, bizim hərbi strateqlərin hazırladığı möhtəşəm əməliyyatdır.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev deyib.

Onun sözlərinə görə, Şuşanın alınması zamanı Ordumuz çox ağıllı taktikadan istifadə edib:

“Xəritəyə baxın, hərbi ekspertlər belə bunu möcüzə adlandıra bilərdi. Qala-şəhərini ələ keçirmək ağlasığmazdır. Ərazinin təbii relyefi belə hərbi əməliyyatları mümkünsüz edir. Ordunun tam hissəsi burada işə yaramaz, düşünürəm ki, Şuşanı kiçik dəstə azad edib. Əslində, Şuşa əməliyyatı mənə Makedoniyalı İsgəndərin manevrlərini xatırlatdı. Azərbaycan Ordusu faktiki olaraq İsgəndərin və fars çarı III Daranın qoşunları arasında baş verən Qavqamelladakı döyüş ssenarisini təkrar etdi. Makedoniyalı İsgəndər öncədən deyil, döyüşün gedişində edəcəyi manevri düşündü. O, düşmən dəstəsinin qərargahına hücum etmək istəyirdi, amma bunu yalnız kiçik dəstə ilə edə bilərdi. Çox riskli əməliyyat idi, amma İsgəndər ona getdi və bir dəstəsilə Daranın olduğu yerə birbaşa hücuma keçdi. Dara oradan qaçdı, daha sonra ordusu da onun ardınca qaçaraq məğlub oldu. Risk var idi, amma burada tələb olunan yeganə şey bu riski qiymətləndirib, idarə etməkdir. Bizim hərbçilərimiz də bunu bacardı”.

Ekspert qeyd edib ki, Şuşa əməliyyatı tarixə düşəcək:

“Şuşa əməliyyatı hələ çox araşdırılacaq, çünki bu əməliyyat hərbi ustalığın nümunəsidir, igidlik abidəsidir. Bu böyük əməliyyatın təfərrüatı sonradan açıqlanacaq , çox danışılacaq. Namusumuz Şuşanı aldıq, indi isə sıra qeyrətimiz Xocalıdadır”.

Tarix
2020.11.10 / 09:00
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla