Axar.az
Yuxarı

Axar.Az Logo

Regionda yeni mərhələ başladı: İrəvan cavab verəcək!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edir. Əslində onlar öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırır. O evlərdə 1992-ci ilədək azərbaycanlılar yaşayırdılar. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonuna ciddi ziyan vurmaqla tərk edirlər.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Millət vəkili deyib ki, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbi və ödənilməsindən gedir:

“Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş və Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir”.

Ekspert hərbi cinayətlərə görə təzminatın hesablanması qaydasını da izah edib:

“Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyata yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.

Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, ümumi daxili məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur.

Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun barbarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda ümumi daxili məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.

Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ, həmçinin, işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq”.

Tarix
2020.11.27 / 14:58
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Qarabağa qaytarılan ermənilərin – Son sayı

İrəvanda müharibə çağırışı: Türkiyə razı deyil?.. - Voskanyan

Rusiyadan ölkəmizə əlavə texnika gətirildi

Korotçenkodan Lavrova: Onlar əsir deyil, terrorçudur! - Video

İran şirkətlərinin Qarabağda iştirakı... – Səfir

Nikol zəifdir, Bakı ilə danışıqlar üçün... – Ohanyan

Zəngilanda partlayış: 2 erməni yaralandı

Putinin Paşinyan haqda bu sözləri... - Valday eksperti

Ermənilər Kəlbəcərdə yolu bağladı: Nə baş verir? - Video

Yeni model yaradılır: Prezidentin Qarabağda hədəfi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla