Yuxarı

Sürünə-sürünə getdim və gördüm ki, o, şəhid olub - Qazi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürünə-sürünə getdim və gördüm ki, o, şəhid olub - Qazi

Qorxmurduq, bizim üçün qorxu deyilən şey yox idi. Mən qorxu hissini yaşamadım. Nə dost-tanışımızın, nə də özümüzün ölümü bizi qorxudurdu. Düşmən bizim üçün adi şey idi.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Qarabağ qazisi Namiq Qasımzadə deyib.

Füzuli istiqamətində gedən döyüşlərdə eyni anda iki dəfə minaya düşən N.Qasımzadə bildirib ki, minaya düşən zaman yanında olduğu bir hərbçi yoldaşı şəhid olub, digəri isə yaralanıb:

"Kimsə dedi ki, minaya düşdük. Elə həmin an da ikinci minaya düşdük. O an maşının biz oturduğumuz hissəsində dəmir açıldı və biz havaya atıldıq. Hərbçi yoldaşım Vüsalın "sağsan?" deyə qışqırıb məni çağırdığını eşidirdim. Sonra o, səs çıxarmadı, amma əlinə düşəni mənim üstümə atmağa başladı. Bir-birimizin üstünə nə isə atırdıq, amma sonra gördüm ki, o, artıq mənə atmır. Sürünə-sürünə getdim və gördüm ki, o, şəhid olub".

N.Qasımzadə bildirib ki, 15-16 saat digər yoldaşı ilə yaralı vəziyyətdə qalsa da, sonradan hərbçi yoldaşları gəlib onları tapıblar.

Minaya düşdüyü zaman bir gözünü itirən və ayağından yaralanan N.Qasımzadə sağlamlığı bərpa olunan kimi yenidən hərbçi yoldaşlarının sıralarına qatılmaq istəyir.

Tarix
2020.12.05 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla