Yuxarı

Prezidentin Şuşada möhtəşəm Xankəndi mesajı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xatırlayırsınızsa, bir vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan sərxoş halda Cıdır düzündə rəqs edirdi. “Dqr” qondarma prezidentinə “andiçmə” mərasimi düzənləyirdi. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş həmin Şuşa şəhərinin küçələrində gəzib, səfalı təbiətini xalqına göstərir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri haqda danışarkən deyib.

O bildirib ki, Prezidentin Şuşa şəhərinə səfəri Böyük Qayıdış siyasətinin tətbiqidir:

“Əslində ölkə başçısının işğaldan azad edilən Şuşa şəhərinə nə vaxt gedəcəyi sualı hər kəsi düşündürürdü. Çünki buna qədər ölkə başçısı Böyük Qayıdış siyasətini elan etdi, Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan olundu. Yəni bunun ardınca Prezidentin Şuşaya səfəri gözlənilirdi və bu səfər də baş tutdu.

Prezidentin bu səfəri xüsusilə əhəmiyyətli idi. Çünki Vətən müharibəsindən öncə Ermənistanın işğalçı hakimiyyəti və siyasi elitası məhz Azərbaycanı Şuşa üzərindən qıcıqlandırır, təhrik edirdi. Ermənistan Baş naziri Nikol Paşinyanın dəfələrlə qanunsuz olaraq Şuşaya səfər etməsi, hətta burada “dqr” üçün yeni “parlament binası” tikiləcəyini elan etməsi, bu da azmış kimi, Şuşa şəhərini “dqr” “paytaxtı” elan edəcəyini deməsi təhrik idi. Lakin o zamanlar belə ölkə başçısı bu günləri öncədən görürdü və təmkinli şəkildə uğurlu siyasətini davam etdirirdi.

Paşinyan indi məğlubiyyət acısı ilə ölkəsindəki daxili çaxnaşmanı sabitləşdirməyə çalışır. Bir zamanlar bütün təhriklərə soyuqqanlı şəkildə yanaşan Azərbaycan Prezidenti isə işğaldan azad etdiyi torpaqlarda qalibiyyətin verdiyi özgüvənlə gəzir və xalqına 27 illik həsrətə son verdiyini göstərir”.

Politoloq bildirib ki, ölkə başçısı İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünü və məqbərəsini ziyarət edərkən düşməni bir daha açıqca xəbərdarlıq etdi:

“Prezidentin mesajının ünvanı da, hədəfi də bəlli idi. “Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın! Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik” deyə ölkə başçısı müharibə mesajını vermiş oldu.

Yəni Azərbaycan Ordusu silahı yerə qoymayıb, qoymayacaq da! 27 illik həsrət bir daha olmayacaq. Azərbaycan torpaqlarına kimsə göz dikməyə çalışsa, başı ilə cavab verməli olacaq. Xüsusilə də “Qarabağda özünü “siyasətçi” adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışır” deyərək, Prezident əslində Xankəndidə onların sayılı günlərinin qaldığını vurğulamış oldu. İstənilən halda regionda sabitlik də, müharibə də qarşı tərəfdən asılı olacaq. Çünki cənab Prezident açıqca dedi ki, status-kvo olmayacaq”.

Tarix
2021.01.17 / 10:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla