Yuxarı

Rüstəmov ABŞ-da keçiriləcək konfransa sədrlik edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fizika İnstitutunun icraçı direktoru, Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə müdiri, fizika elmləri doktoru Anar Rüstəmov martın 15-dən 19-dək ABŞ-ın Lourens Berkli adına milli laboratoriyasında keçiriləcək beynəlxalq konfransa sədrlik edəcək.

Bu barədə Axar.az-a institutdan məlumat verilib. Bildirilib ki, pandemiya ilə əlaqədar builki konfrans "Zoom" platforması üzərindən təşkil olunacaq. Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN), Almaniyanın Ağır İonların Elmi-Tədqiqat Mərkəzi, ABŞ-ın Lourens Berkli adına milli laboratoriyası və Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutu konfransın təşkilində iştirak edirlər.

Qeyd edək ki, CPOD (Critical Point and Onset of Deconfinement) silsilə konfransdır və indiyə kimi Almaniya, ABŞ, Rusiya, Polşa, Çin və Yunanıstanda keçirilib. Konfransın əsas məqsədi müxtəlif enerjili nüvə toqquşmalarında yaranmış adron mühitinin xassələrini, bu sahədə yerinə yetirilmiş nəzəri və təcrübi işləri müzakirə etməkdir. Konfransda son illərdə ALICE, HADES, NA61/SHINE və STAR təcrübələrində alınmış nəticələr müzakirə olunacaq və onların nəzəri işlərlə müqayisəli təhlili yerinə yetiriləcək. Həmçinin yaxın gələcəkdə planlaşdırılan FAIR və NICA kompleksləri və onların planları göstəriləcək.

Tarix
2021.02.01 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Ekspert

Rusiyada azərbaycanlıya hökm oxundu

Bakı-İstanbul reysi təxirə salındı

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Saakaşvilidən Bakı açıqlaması: Yaxında tarixi hadisə olacaq

Kreml Bakı ilə dost olsaydı belə, yenə zərbə endirəcəkdi...

İran və Azərbaycan sərhəddə işlərə başlayır - NK

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Bakıda Xəzərə görə toplantı keçiriləcək

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla